BolgeXeber.Com » İdman » Mahir Şükürov bir milyon lirədən imtina etdi

Mahir Şükürov bir milyon lirədən imtina etdi

6-02-2018, 16:10
Oxunub: 4 673 Mahir Şükürov bir milyon lirədən imtina etdiTürkiyənin II liqasında mübarizə aparan “Karşıyaka” Azərbaycan millisinin sabiq müdafiəçisi Mahir Şükürova borcunu qaytarıb

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı “Karşıyaka”nın vitse-prezidenti Gökhan Şensan verib.

O bildirib ki, 2014/2015-ci il mövsümündə komandalarında oynayan Şükürova 1,5 milyon lirə borcları olub. Əldə olunan razılığa görə, Mahir 1 milyon türk lirəsindən imtina edib. Klub ona yalnız 500 min lirə ödəyəcək:

“Biz Mahirə 500 min lirə ödəyərək bu gün silinməli olan xallarımızın qarşısını kəsdik. Şükürova bu hərəkətinə görə çox təşəkkür edirəm. İdman həyatında uğurlar arzulayırıq”.

Qeyd edək ki, Mahir Şükürov 2014-2015 mövsümündə “Karşıyaka”nın heyətində 19 oyun keçirib.
Mahir Şükürov bir milyon lirədən imtina etdi