BolgeXeber.Com » Şou-Biznes » Aygün Bəylərin yalanı üzə çıxdı – nazirin qohumundan ayrılıbmış

Aygün Bəylərin yalanı üzə çıxdı – nazirin qohumundan ayrılıbmış

7-02-2018, 12:42
Oxunub: 4 264 Aygün Bəylərin yalanı üzə çıxdı – nazirin qohumundan ayrılıbmış“Aygün Bəylər Azərbaycan musiqisinə böyük töhfə verən sənətkardır. Daim öz sənəti ilə gündəmə gəlib. Son zamanlar isə şəxsi həyatı müzakirə olunur. Düzdür, ailə qurmağa hazırlaşması doğru idi”.

Bu sözləri Avropa prodüseri, əməkdar artistin yaxın dostu Sultan Mustafayev minval.info-ya açıqlamasında deyib. O bildirib ki, müzakirələrə səbəb olan toy dekabrın 27-si baş tutmalı idi:

“Toy olacaqdı. Toya az zaman qalmış bəzi şeylər baş verdi. Aygün xanım qəti qərar verib, o bəydən ayrıldı. Bu gün Aygün Bəylər sənətdən tamamən uzaqlaşıb. Toy olmayacaq. Aygün xanım “Səhər-səhər” verilişində zarafata dedi ki, toy söhbəti yalan idi, layihə üçün edib. 42 yaşlı gənc xanımdır, ailə qurmaq onun da haqqıdır. Sadəcə bəzi məsələlər Aygün xanımın ürəyincə olmadı və bu izdivac baş tutmadı”.

Qeyd edək ki, ötən ilin sonlarında əməkdar artistin ailə qurmağa hazırlaşdığı xəbəri yayıldı. Onun nazirlərdən birinin qohumu ilə ailə quracağı və sənətdən uzaqlaşacağı deyilsə də, Bəylər ARB TV-nin “Səhər-səhər” proqramında ilk dəfə toy xəbərindən danışaraq, bunun yalan olduğunu etiraf edib:

“Mən bir açıqlama edəcəyəm, hamınız şoka düşəcəksiniz. Onda gərək ARB mənə güclü qonorar versin. Deməli, mənim ayağım Moskvada tutulmuşdu. Zəng edib dedim ki, axsayıram, hündürdabanlı geyinmək lazımdır. Mən də bunu geyinsəm aləm dəyəcək. Həkim deyir ki, bunu geyinməlisən ki, ayaq düzəlsin. Mən papaqla nə hündürdaban geyinim? Bildim ki, ələ salacaqlar. Dedim nə edim ki, məni sonra ələ salmasınlar. Pulum yoxdur ki, gündə bir paltar geyinim. Hündürdabanı mənə geyindirdilər. Dedim, mənə pis şeylər deyəcəklər, qoy mən yaxşısını deyim. Hündürdabanı qoydum, adını da qoydum ki, ərə gedirəm. Heç yerdə deməmişəm, partlayacaq bu”.

Sonda Aygün Bəylər bu xəbərin məhz reklam xarakterli olduğunu da gizlətməyib:

“Artıq utanırdım, ağsaqqalar təbrik edir. Deyirəm, fikir verməyin, şou-biznesə bu lazımdır. Layihə edən bir nəfər mənə dedi ki, bu xəbəri yay hamı yazacaq. Birinci bunu reklam elə. Amma layihə etsən, heç kim yazmayacaq. Dedim, inanmıram. Gopa basdım, əcəb etdim”.