BolgeXeber.Com » Dünya » Türkiyə ordusunun Afrində məhv etdiyi terrorçuların sayı 1000-ə çatıb

Türkiyə ordusunun Afrində məhv etdiyi terrorçuların sayı 1000-ə çatıb

7-02-2018, 14:35
Oxunub: 2 489 Türkiyə ordusunun Afrində məhv etdiyi terrorçuların sayı 1000-ə çatıbTürkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində 999 terrorçu məhv edilib

“Report” TRT-yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Əməliyyatın 19-cu günündə terrorçu PKK qruplaşmasının Suriydakı qolları olan PYD və YPG-nin, o cümlədən İŞİD-in 29 terrorçusu zərərsizləşdirilib.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.