BolgeXeber.Com » Ölkə » DİN: Ötən gün ölkədə 125 cinayət faktı qeydə alınıb

DİN: Ötən gün ölkədə 125 cinayət faktı qeydə alınıb

8-02-2018, 09:46
Oxunub: 2 618 DİN: Ötən gün ölkədə 125 cinayət faktı qeydə alınıb2018-ci il fevral ayının 7-dən 8-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olan məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 125 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə 29 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.