BolgeXeber.Com » Dünya » Afrində iki türk əsgəri şəhid oldu

Afrində iki türk əsgəri şəhid oldu

8-02-2018, 12:42
Oxunub: 2 951 Afrində iki türk əsgəri şəhid olduTürkiyə Ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatında iki türk əsgəri şəhid olub

Bolgexeber.com bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, onlar fevralın 7-də Afrin bölgəsində terrorçuların nəzarətindəki ərazilərdən türk hərbçilərinin atəşə tutulması nəticəsində şəhid olublar.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.