BolgeXeber.Com » Şou-Biznes » “Sinələrini açıb qoyurlar ortalığa, min hoqqadan çıxırlar”

“Sinələrini açıb qoyurlar ortalığa, min hoqqadan çıxırlar”

8-02-2018, 14:38
Oxunub: 15 164 “Sinələrini açıb qoyurlar ortalığa, min hoqqadan çıxırlar”Bəzi aktrisalar məşhurlaşmaq üçün sinəsini çöldə qoyaraq bizim adımızı ləkələyirlər

Minval.İnfo xəbər verir ki, bu barədə aktrisa Zarina Qurbanova media24.az-a açıqlamasında deyib.

O, soyunaraq məşhurlaşmaq istəyən aktrisaları qınayıb: “Bəzi gənc aktrisaların etdiyi hərəkətləri bəyənmirəm. Bu qədər də olmaz axı. Sənətdən başqa nə ilə deyirsən məşğul olurlar. Sosial şəbəkələrdə min hoqqadan çıxırlar.

Bir filmə çəkilir, o dəqiqə sinəsini açıb qoyur ortalığa ki, mən məşhur olacam. Etdiyi hərəkətlərlə bizim adımızı ləkələyirlər. Tamaşaçı da elə bilir ki, aktrisaların hamısı belədir”.

Zarina “Gənc aktyor və aktrisalar filmə pula görə çəkilir” iddasına da münasibət bildirib:

“Bir çoxları düşünür ki, biz, yəni gənc aktrisalar filmə pula görə çəkilirik. Bu, doğru yanaşma deyil. Şəxsən mən filmə pulsuz da, çəkilmişəm. Pula görə yox, daha çox məşhur olmaq üçün çəkilənlər var. Onlar da sənətlə məşğul deyillər. Onların öz yolları var (gülür)”.