BolgeXeber.Com » Dünya » Dövlət televiziyası: "Suriya ordusu Afrinə girir"

Dövlət televiziyası: "Suriya ordusu Afrinə girir"

19-02-2018, 15:17
Oxunub: 3 024 Dövlət televiziyası: "Suriya ordusu Afrinə girir"Suriya prezidenti Bəşər Əsədə bağlı qüvvələr Afrin şəhərinə yola düşüb

Bolgexeber.comxəbər verir ki, bu barədə "Reuters" Suriya dövlət televiziyasına istinadən xəbər yayıb.

Axşam saat 18.00-da Əsəd qüvvələrinin Afrinə çatması gözlənilir. Bu gün və sabah 4, həftə ərzində isə 52 nöqtəyə qüvvələrin yerləşdiriləcəyi deyilir.

Qeyd edək ki, Türkiyə Afrində anti-terror əməliyyatı həyata keçirir. Əsas mübarizə PKK terror təşkilatının Suriya qolu olan YPG və İŞİD-ə qarşıdır. Yayılan məlumatlarda Əsəd rejiminin YPG-yə ağır silahları təhvil vermək şərti irəli sürdüyü deyilir.