BolgeXeber.Com » Siyasət » Nazarbayev qazax dilinin latın qrafikalı yeni əlifbasını təsdiqləyib-FOTO

Nazarbayev qazax dilinin latın qrafikalı yeni əlifbasını təsdiqləyib-FOTO

20-02-2018, 11:40
Oxunub: 6 271 Nazarbayev qazax dilinin latın qrafikalı yeni əlifbasını təsdiqləyib-FOTOQazaxıstan prezidenti Nursultan Nazarbayev latın qrafikalı yeni əlifbanın təsdiqlənməsi barədə fərman imzalayıb

RİA “Novosti” xəbər verir ki, yeni əlifba 32 hərfdən ibarətdir.

Qeyd edək ki, Nursultan Nazarbayev ötən ilin oktyabrında qazax dilinin latın qrafikalı əlifbaya mərhələli keçidi haqqında fərman imzalayıb. Fərman Qazaxıstanın 2025-ci ildə tam şəkildə latın qrafikalı əlifbaya keçməsini nəzərdə tutur.

Qazaxıstanda 1920-ci ilədək ərəb əlifbasından istifadə edilib. 1920-ci ildə latın qrafikalı əlifbaya, 1940-cı ildən isə 42 hərfli kiril əlifbasına keçilib.
Nazarbayev qazax dilinin latın qrafikalı yeni əlifbasını təsdiqləyib-FOTO