BolgeXeber.Com » İdman » “Pxençan-2018”: Norveç yığması medalların sayına görə öz rekordunu yeniləyib

“Pxençan-2018”: Norveç yığması medalların sayına görə öz rekordunu yeniləyib

20-02-2018, 13:32
Oxunub: 3 059 “Pxençan-2018”: Norveç yığması medalların sayına görə öz rekordunu yeniləyibNorveç yığması Qış Olimpiya Oyunlarında qazandığı medalların sayına görə öz rekordunu yeniləyib

Bolgexeber.com xəbər verir ki, hazırda norveçlilər 28 medala (11-9-8) sahibdirlər. Onların bundan əvvəlki nailiyyəti – 26 medalı 1994-cü ilin Lillehammer Qış Oyunlarında (10-11-5) qazanıblar. “Soçi-2014”də isə uğurlarını təkrarlayıblar (11-5-10).

Hazırda Norveç Pxençan Olimpiadasında medalların sayına görə birinci yerdədir.

“Pxençan-2018” Olimpiya Oyunları fevralın 25-də başa çatacaq.