BolgeXeber.Com » Bölgə » İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində səyyar qəbul keçirilib-FOTO

İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində səyyar qəbul keçirilib-FOTO

20-02-2018, 16:03
Oxunub: 10 607 İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində səyyar qəbul keçirilib-FOTOSon illər İmişli rayonunda həyata keçirilən abadlıq və quruculuq işləri kənd və qəsəbələri də əhatə edib

İcra Hakimiyyətinin Başçısı cənab Vilyam Hacıyev və idarə, müəssisə rəhbərlərinin birgə iştirakı ilə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində səyyar qəbul keçirilmişdir. Qəbulda müxtəlif məzmunda vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilmiş, qeydiyyata alınmış və həlli istiqamətində aidiyyatı üzrə konkret tapşırıqlar verilmişdir. Görüşdə çıxış edən İmişli rayon Icra Hakimiyyətinin başçısı Vilyam Hacıyev dövlət başçısının regionların inkişafına göstərdiyi qayğıdan danışıb. Bildirib ki, rayonda kəndlərin qazlaşdırılması davam etdiriləcək. Tədbirdə çıxış edən sakinlər də öz növbəsində onlara göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.
Bolgexeber.com
İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində səyyar qəbul keçirilib-FOTO
İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində səyyar qəbul keçirilib-FOTO