BolgeXeber.Com » Siyasət » Ərdoğan Əsəd ordusuna xəbərdarlıq etdi

Ərdoğan Əsəd ordusuna xəbərdarlıq etdi

21-02-2018, 10:02
Oxunub: 3 000 Ərdoğan Əsəd ordusuna xəbərdarlıq etdiTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədi dəstəkləyən silahlı dəstənin Afrinə daxil olmaq cəhdinə münasibət bildirib

Ərdoğan deyib ki, Əsədi dəstəkləyən qüvvələr Türkiyə artilleriyasının atəşindən sonra Afrindən geri çəkilib.

"Bu gün axşam saatlarında Afrinə doğru irəliləyən onlarla maşın aşkar edilib. Artilleriya atəşindən sonra onlar geri çəkilməyə məcbur ediliblər. Hələlik hər şey bununla bitib. Bəzi terrorçu qruplar bəzən yanlış qərarlar verirlər, bu qəbuledilməzdir, onlar buna görə cavab verməli olacaqlar”, - deyə Ərdoğan Əsədi dəstəkləyənlərə xəbərdarlıq edib.