BolgeXeber.Com » Sosial » Ağcabədidə sahibkar və fermerlərin vəziyyəti necədir?! VİDEO

Ağcabədidə sahibkar və fermerlərin vəziyyəti necədir?! VİDEO

21-02-2018, 15:20
Oxunub: 3 488 Ağcabədidə sahibkar və fermerlərin vəziyyəti necədir?! VİDEOAğcabədi rayonundakı kənd təsərrüfatında illər öncə texnikaların çatışmazlığında yaranan problemlər, torpağa texniki xidmətin göstərilməsində kəndlinin üzləşdiyi çətinliklər artıq həlli yolunu tapıb

Belə ki, ölkə rəhbəri cənab İlham Əliyevin fermerlərə, kənd təsərrüfatına ayırdığı diqqət və qayğı sayəsində artıq bütün çətinliklər aradan qaldırıb.
İsmayılov Habil Ağcabədi rayonu Baytarlıq İdarəsinin rəis müavini, rəis vəzifəsini icra edən:
- 2017-ci ildə dövlət tərəfindən verilən vaksinlər aşağıdakı qaydada aparılmışdır:
İri buynulu heyvanları arasında 84 min 400, xırda buynuzlarda 320 min 200, kütləvi quduzluq xəstəliyinə görə 7885 baş, ev quşlarında 445 900 başda peyvənd işləri aparılıb. Rayonumuzda ekzotik durum sabitdir. 2018-ci il üçün işlər plan əsasında davam etdirilir. Vətəndaşlardan hələlik heç bir şikayətimiz yoxdur.
Yeni Qaradolaq kənd sakini, fermer İsmayılov Tofiq:
-1979-cu ildən bəri pambıqçılıqla məşğul olmuşam. İşlədiyim müddətdə həmişə birinci olmuşam, birincilər sırasında olmuşam. Hal-hazırda cənab prezident 2016-cı ildə pambığa göstərdiyi yüksək qayğı sayəsində 44 ha sahədə pambıq əkdim. 208 ton pambıq istehsal etdik. Yüksək məhsul əldə etdiyimə görə prezidentin sərəncamı ilə bir nömrəli əmək ordeni ilə təltif olunmuşam. 2018-ci ildə də çalışacağam ki,bu işimi davam etdirim. Sahikarlara göstərilən diqqət və qayğıya görə ölkə prezidentinə, icra hakiminə dərin minnətdarlığımı bildirirəm. Çünki zəhməkeşin əməyinə qiymət verirlər.
-“Elit” Təsərrüfatının rəhbəri Şıxəliyev Rizvan:
-2016-2017-ci illər təsərrüfat baxımdan Ağcabədi üçün müvəffəqiyyətli illər olmuşdur. Mülayim keçən hava şəraiti, həm dövlt təminatının yüksək olması nəticəsində Fermerlərimiz yüksək məhsuldarlıq əldə etmişlər. Möhtərəm prezidentimizin kənd təsərrüfatına olan diqqət və qayğısının nəticəsidir ki, Ağcabədi rayonunda istər tədsərrüfatlara gübrənin verilməsi, istər ağır texniki vasitələrin verilməsi rayonumuzda yüksək səviyyədə olmuşdur.
-Sultanov Səbuhi:
-2016-cı ildə 500 ha taxıl bitkisi, 100 ha yonca, 10 ha, 50 ha civarında arpa əkmişdik. Taxıl sahələrini bu il artırmışıq. Hal-hazırda gübrələmə, suvarma işləri gedir. Qarğıdalı bitkisi 300 ha nəzərdə tuturuq, ikinci məhsulda 600 ha nəzərdə tutulur. Hal-hazırda təsərrüfatımızda 20 nəfər çalışır.
Bolgexeber.com