BolgeXeber.Com » İdman » Azərbaycanda bir ilk: Futbolçular bir-birləri ilə evləndilər

Azərbaycanda bir ilk: Futbolçular bir-birləri ilə evləndilər

22-02-2018, 11:38
Oxunub: 2 583 Azərbaycanda bir ilk: Futbolçular bir-birləri ilə evləndilərAzərbaycanda millimizin futbolçuları bir-birləri ilə evlənib

Millimizin və "Neftçi”nin futbolçusu Namiq Ələsgərov bir müddət İspaniyada legioner karyerası yaşamış qadın millimizin aparıcı üzvü Nigar Cəlilli ilə ailə həyatı qurub.

Futbolçuların toyu fevralın 19-da Bakıdakı şadlıq saraylarından birində baş tutub.

Qeyd edək ki, Azərbaycanda futbolçuların başqa idman növlərindən olan idmançılarla evlənməsi halına rast gəlinsə də, futbolçuların bir-birləri ilə evlənməsi ilk belə haldır.