BolgeXeber.Com » Dünya » “Zeytun budağı”: 1829 terrorçu məhv edilib

“Zeytun budağı”: 1829 terrorçu məhv edilib

22-02-2018, 15:44
Oxunub: 2 700 “Zeytun budağı”: 1829 terrorçu məhv edilibTürkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 1829 nəfərə çatıb Bu barədə Türkiyə SQ Baş Qərargahı məlumat verib

Məlumatda bildirilir ki, son sutkada 49 terrorçu məhv edilib.

Qeyd olunur ki, bu müddət ərzində Afrində 93 məntəqə terrorçulardan azad edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.