BolgeXeber.Com » Xəbərlər » Deputatlar bu gün toplaşır, 19 məsələ müzakirə ediləcək

Deputatlar bu gün toplaşır, 19 məsələ müzakirə ediləcək

23-02-2018, 09:50
Oxunub: 1 691 Deputatlar bu gün toplaşır, 19 məsələ müzakirə ediləcəkBu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək

Trend-in məlumatna görə, iclasda əvvəlcə Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi və təhsil sahəsində əməkdaşlıq sazişlərinin təsdiq olunması haqqında məsələyə baxılacaq.

Daha sonra İnzibati Xətalar Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, "Yol hərəkəti haqqında", "Yeyinti məhsulları haqqında", "Standartlaşdırma haqqında", "Fitosanitar nəzarəti haqqında" və digər qanunlara dəyişikliklər müzakirə ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 19 məsələ daxildir.