BolgeXeber.Com » Gündəm » Şirvandakı "Elit" bazarında antisanitariya baş alıb gedir... VİDEO

Şirvandakı "Elit" bazarında antisanitariya baş alıb gedir... VİDEO

23-02-2018, 10:41
Oxunub: 3 417 Şirvandakı "Elit" bazarında antisanitariya baş alıb gedir... VİDEOBölgə TV Şirvanın ən böyük bazarlarından olan “Elit” Ticarət mərkəzində reyd apardı

Kənd təsərrüfatı mallarındakı gigiyenik qaydalarının nə dərəcədə qanunauyğun olub-olmaması ilə maraqlandıq. Gördüklərimizdən bəlli oldu ki, bu bazarda antisanitariya şəraiti hökm sürür və eyni zamanda gigiyena qaydalarına əməl edilmir. Çox güman ki, “Elit” bazarının rəhbərliyi buraxdıqları səhvlərə görə inzibati qaydada cərimələnəcəyindən xəbərsizdir. Bununla belə özbasınalıq baş alib gedir.
Qeyd edək ki, bazarda işçilər də sanitar-gigiyenik qaydalardan bixəbərdirlər. Bu, onların geyimlərindən, həmçinin satdıqları mallardakı qonşuluq prinsipinin, qablaşdırma qaydalarının pozulmasından bəllidir

Çəkilişlər zamanı açıq-aydın göründü ki, bu bazarda qida təhlükəziliyi deyilən bir şey yoxdur. Vəziyyətlə bağlı münasibət öyrənmək üçün əməkdaşlarımızdan qaçıb gizlənən, hər vəchlə suallarımızı cavabsız qoyan bazar rəhbərliyi bunu da bilsin:
Qida təhlükəsizliyi dedikdə hər hansı bir qida məhsulunun insan sağlamlığı üçün zərərli olan bioloji, kimyəvi və fiziki təhlükəli faktorlardan azad olması nəzərdə tutulur. Qayda-qanunlara əməl edin. Alıcılarınızın sağlamlığıı düşünün!
Bolgexeber.com