BolgeXeber.Com » İdman » Anatoli Banişevski - 72 - Əfsanənin qoyduğu silinməz iz...

Anatoli Banişevski - 72 - Əfsanənin qoyduğu silinməz iz...

23-02-2018, 13:26
Oxunub: 14 301 Anatoli Banişevski - 72 - Əfsanənin qoyduğu silinməz iz...Bu gün “Neftçi”nin əfsanəvi futbolçusu, Azərbaycan futbolunun tarixində şəriksiz ən yaxşı oyunçu olan Anatoli Banişevskinin doğum günündən 72 il ötür

1946-cı ilin fevralın 23-də Bakıda anadan olan Banişevski “ağ-qaralar”ın heyətində (1964-1973, 1975-1978) SSRİ çempionatlarında 288 oyunda
121 qol, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub. Məşhur "Qriqori Fedotov klubu"nun üzvüdür.

1966-cı ildə “Neftçi” ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ yığmasında 50 oyun keçirərək 19 qol vurmuş Banişevski “Marakana” stadionunda Braziliyanın qapısına qol vurmuş ilk sovet futbolçusudur. Başla vurduğu bu qol indiyədək dünya futbol tarixinin ən gözəl qollarından sayılıb.

Karyerasını bitirdikdən sonra Banişevski “Neftçi”də (1981-1982) məşqçi, Mingəçevirin “Avtomobilçi” klubunda (1984-1987), Burkina-Fasonun gənclər yığmasında (1987-1988) və “Kəpəz”də (1988) baş məşqçi kimi çalışıb. Afrikada, Burkina-Fasoda işlədiyi zamanı ağır xəstəliyə tutulan Banişevski 1997-ci il dekabrın 9-da 51 yaşında vəfat edib. Banişevski ölümündən bir il əvvəl “Şöhrət ordeni” ilə təltif olunub.

Dəfəklərlə Moskva klublarına təkidlə dəvətlərə baxmayaraq, “Neftçi”yə sədaqətini heç vaxt itirməyən “9 nömrə” azarkeşlərin yaddaşında əbədi olaraq qalacaq. Necə ki "Neftçi" də onun nömrəsi toxunulmaz olaraq qalır.

Sən bizim qəlblərdə hər zaman yaşayırsan, Banya!
Vüqar VÜQARLI
Anatoli Banişevski - 72 - Əfsanənin qoyduğu silinməz iz...
Anatoli Banişevski - 72 - Əfsanənin qoyduğu silinməz iz...