BolgeXeber.Com » Bölgə » Ucarda fermer və sahibkarlar hesabat verdilər-VİDEO

Ucarda fermer və sahibkarlar hesabat verdilər-VİDEO

23-02-2018, 16:14
Oxunub: 4 253 Ucarda fermer və sahibkarlar hesabat verdilər-VİDEOAzərbaycanın bir çox bölgələrində olduğu kimi Ucarda da kənd təsərrüfatının inkişaf etdirilməsi üçün ölkə rəhbərliyi tərəfindən hər bir şərait yaradılıb

Belə ki, Prezident İlham Əliyevin göstərişi ilə kiçik sahibkarlara, fermerlərə Sahibkarlığa Yardım Fondu tərəfindən maddi dəstək göstərilib. Məhz bunun göstəricisidir ki, hazırda Ucarda fermerlər dayanmadan əkin-biçinlə məşğuldurlar.

Ucar rayon Quləbənd kənd sakini Hacıyev Elşad:
-Cənab prezidentin 2016-cı il birinci yarım rüblüyünə aid keçirdiyi yığıncaqda sosial inkişaf və qarşıda duran vəzifələr haqda qoyduğu tapşırıqlardan biri də ölkəmizdə pambıqçılığın inkişaf etdirilməsi idi. Cənab prezident kənd təsərrüfatının inkişafı üçün müəyyən tapşırıqlar irəli sürüb. Özüm 2017-ci ildə fermer olaraq 14 ha pambıq sahəsi əkdirmişəm. Bu il isə artıq 23 ha pambıq sahəsi üçün müəyyən işlər gedir. Buna görə ölkə başçısına, Sahibkarlara İnkişaf Fonduna, Ucar rayon icra hakiminə, kənd icra nümayəndəsinə təşəkkürümü bildirirəm.
-Zülfüqarov Kamran:
-Ötən il əkdiyim pambıq sahəsindən yüksək nəticə əldə etdiyimi görüb, bu il daha çox sahəyə pambıq əkdirirəm.
Bolgexeber.com