loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

İmişlidə Xocalı faciəsinin 26-cı ildönümü anıldı

İmişlidə Xocalı faciəsinin 26-cı ildönümü anıldıXocalı faciəsinin ildönümü İmişli rayonunda da qeyd olunub

Bu gün İmişli rayonunda Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı tədbir keçirildi. Tədbirdə İmişli rayon icra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev,rayonun hüquq mühafizə orqanlarının rəhbər işçiləri və rayon ziyalıları iştirak edirdilər. Faciə qurbanları 1 dəqiqəlik sükutla yad edildi. İmişli rayon İcra Hakimiyyətinin başçısı tədbiri giriş sözü ilə açaraq Xocalı faciəsi haqqında aşağıdakıları qeyd etdi:
1992-ci il fevralın 26-da erməni işğalçıları tərəfindən törədilmiş Xocalı soyqırımı tariximizə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuşdur. Xalqımız 200 il ərzində erməni millətçi-şovinistləri tərəfindən zaman-zaman etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı müxtəlif tarixi dönəmlərdə öz əzəli torpaqlarında qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bu hadisələr ermənilər tərəfindən xalqımızın kütləvi qırğınları ilə müşahidə olunan faciəvi sonluğu ilə nəticələnmişdir. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından məcburi çıxarılması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni şovinistlərinin "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kənd və şəhərlərimizin dağılması,neçə-neçə tarixi abidələrimizin məhv edilməsi, on minlərə günahsız soydaşlarımızın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.
Ermənistan dövləti Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Dağlıq Qarabağı özünə birləşdirmək istəyirdi,onlar bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı erməni aqressiyasının və cinayətkar siyasətinin dəhşətli nəticəsi oldu. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xirosima, Naqasaki və Xatın kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Ulu öndər Heydər Əliyev bu erməni vəhşiliyini belə qiymətləndirmişdi: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."
Daha sonra çıxış edən natiqlərdə Qarabağda gedən müharibədə erməni vəhşiliklərinin müəyyən məqamlarından və Xocalı faciəsinin dəhşətləri haqqında danışdılar.Bu günkü günə kimi dünya birliyinin bu faciyə ilə bağlı susaraq Xocalı sakinlərinə qarşı edilmiş soyqrma lazımı qiyməti vermədiyini və ermənistanın işğalçı dövlət kimi tanınaraq ərazilərimizi tərk etmələri ilə bağlı konkret tədbirlər görmədiklərini bildirdilər.
Xalqımıza qarşı törədilən cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidir!.
Bolgexeber.com
Bölmə: Bölgə | 23 fevral 2018 16:48 | Baxış sayı: 444





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: