BolgeXeber.Com » Gündəm » "O, nə avtomobildir ki? Bizdə ondan bahalılar var" - Azərbaycanlı iş adamı "Şərurlu İsfəndiyar"
"O, nə avtomobildir ki? Bizdə ondan bahalılar var" - Azərbaycanlı iş adamı "Şərurlu İsfəndiyar"
26-02-2018, 12:19
Oxunub: 3 021
"Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov sosial şəbəkələrdə onun oğluna məxsus olduğu deyilən və iqtisdaçı alim Qubad İbadoğlu tərəfindən sosial şəbəkədə gündəmə gətirilən və "Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun oğluna məxsus olduğu deyilən "10-AA-665" dövlət nömrə nişanlı "Mercedes–Benz S Class" avtomobili ilə bağlı açıqlama verib
İ.Axundov ölkə.az-a açıqlamasında sözügedən avtomobilin ona və ya ailəsinə məxsus olmadığını bildirib:
"Bizdə ondan da bahalı avtomobillər var. O, nə avtomobildir ki? Yazılanlara fikir vermək lazım deyil. O, avtomobil bizə məxsus deyil. Əgər bizim olsaydı, onu gizlətməzdim".
Xatırladaq ki, ötən gün iqtisadçı-alim Qubad İbadoğlu sosial şəbəkədə "Brabus” şirkəti tərəfindən xüsusi qaydada yığılmış super avtomobil modeli Mercedes-Benz S Class-ın şəklini paylaşaraq, onun kimə məxsus olması ilə bağlı izləyicilərə sual ünvanlayıb. "Bu avtomobil xüsusi qaydada yığılıb, 8 silindiri var, mühərrikinin həcmi 5912 kv. sm-dir, 850 at gücünə malikdir, maksimum sürəti saatda 350 km-dir. .. Avtomobilin zavod qiyməti 381 min dollar və ya hazırkı məzənnə ilə 650 min manatdır” – deyə iqtisadçı yazır.
Qaynarinfo-ya daxil olan məlumata görə, bu bahalı avtomobil tikinti maqnatı, "Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun oğluna məxsusdur.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə