BolgeXeber.Com » Gündəm » Kürdəmirdə sahibkar ölkə rəhbərinə müraciət etdi-VİDEO

Kürdəmirdə sahibkar ölkə rəhbərinə müraciət etdi-VİDEO

26-02-2018, 14:52
Oxunub: 2 213 Kürdəmirdə sahibkar ölkə rəhbərinə müraciət etdi-VİDEO“Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində görülən işlər bölgələrdə iqtisadi potensialın artmasında, infrastruktur təminatının, biznes mühitinin yaxşılaşmasında və əhalinin rifahının yüksəlməsində mühüm əhəmiyyət kəsb edir”.

Bu sözlər ölkə rəhbəri İlham Əliyevə məxsusdur. Cənab prezident hər il dönə-dönə lazımi orqanlara xüsusi tapşırıqlar verir ki, sahibkarlar qətiyyən incidilməməlidir. Lakin Kürdəmir rayon icra başçısı Ceyhun Cəfərov prezidentin verdiyi sərəncamlara nədənsə riayət etmir.
"Mən Kürdəmir rayonu, Şürşür kənd sakini Bayramov Fuad C.Cabbarlı küçəsi ,ev 20-də yaşayıram. YAP üzvüyəm. Kiçik təsərrüfatla məşğul idim. Kürdəmir rayon sakinləri Qədirov Maşallah Nadir oğlu, Qədirov Ariflə əlbir olub təsərrüfatımı ələ keçiriblər. Bununla bağlı İcra Hakimiyyətinə, Kürdəmir rayon Prokurorluğuna, polis şöbəsinə dəfələrlə müraciət etmişəm. Amma şikayətlərim barədə heç bir tədbir görülmür. Prezidentimiz xüsusi tapşırıq verib ki, özünüzə məxsus təsərrüfatınızı böyüdün. Ancaq bununla bağlı rayonda heç bir tədbir görülmür. Sahibkarlara heç bir qayğı göstərilmir! Aidiyyatı qurumlardan kömək istəyirəm",-Kürdəmir sakini şikayətində bildirir.
Problemlə bağlı İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Sözügedən instansiyanın məsul şəxsi özünü inadkarcasına təqdim etmədi . Lakin Bölgə TV-yə bildirdi ki, məsələyə tezliklə aydınlıq gətiriləcək
Bölgə TV