loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Xocalı soyqırımının qurbanları yad edildi-Tərtərdə(FOTO)

Xocalı soyqırımının qurbanları yad edildi-Tərtərdə(FOTO)XX əsrin ən dəhşətli cinayətlərindən sayılan Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə umumrayon tədbiri keçirilib

Bolgexeber.com xəbər verir ki,Tərtər rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, gənclər və ağsaqqallar, eləcə də rayonda məskunlaşan Xocalıdan olan məcburi köçkün və şəhid ailələri rayonun girişindəki Şəhidlər abidə-kompleksi önünə tər qərənfillər düzərək, Xocalıda həlak olanların ruhuna dualar oxuyublar.
Sonra tədbir iştirakçıları məktəblilərin əl işlərindən ibarət Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə baxıblar.
Rayon Mədəniyyət Mərkəzinin zalında davam etdirilən tədbirdə Xocalı soyqırımı zamanı qətlə yetirilən həmvətənlərimizin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Ramiz Şabanov məruzə edərək bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərində yüzlərlə günahsız dinc əhaliyə, o cümlədən qadın, qoca və uşaqlara qarşı ən qəddar cinayətlər törədiblər. Soyqırımı nəticəsində 613 Xocalı sakini vəhşicəsinə öldürülüb. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insanlardır. O müdhiş gecədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədildiyini deyən rayon rəhbəri qeyd edib ki, Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-sını Xocalı Soyqırımı Günü elan edib.
R.Şabanov diqqətə çatdırıb ki, bu gün dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. Məruzəçi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının bu istiqamətdə böyük rolunun olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, artıq bir sıra ölkələrin parlamentləri, ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan və qınayan sənədlər qəbul ediblər.
Qeyd olunub ki, Xocalı faciəsinin canlı şahidi olmuş 11 ailə, 39 nəfər Xocalı sakini hazırda rayonumuzun 7 kəndində müvəqqəti məskunlaşıblar. Hər bir Xocalılya rayon icra hakimiyyəti tərəfindən daim böyük diqqət və qayğı göstərilir. Bu işlər bundan sonra da davam etdiriləcəkdir.
Sonra rayon prokuroru Şıxəli Alməmmədov, Şəhid Ailələri, Qarabağ Müharibəsi Əlilləri və Veteranları İctimai Birliyinin Tərtər rayon şöbəsinin sədri Suliddin Yusifov, Xocalı sakini Aslan Cabbarov, “Xocalı qan yaddaşımızdır” mövzusunda rayon məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsinin qalibi, şəhər 6 saylı tam orta məktəbin IX sinif şagirdi Nilufər Hüseynzadə çıxış edərək Xocalı faciəsinin dəhşətlərindən danışıb, xalqımızın tarixində ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri tərəfindən soydaşlarımıza qarşı törədilən bu soyqırımı zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını diqqətə çatdırıblar.
Anım mərasimində “Xocalım-qan yaddaşımdır” mövzusunda rayon məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsinin qaliblərinə diplom və Fəxri Fərmanlar verilib, Xocalı soyqırımının dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş olunub,
Tədbirdən sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda məskunlaşmış Xocalı sakinləri ilə görüşərək, onların problemləri ilə maraqlanıb. Xocalıdan olan ailələrə ərzaq yardımı verilib.
Bolgexeber.com
Xocalı soyqırımının qurbanları yad edildi-Tərtərdə(FOTO)
Xocalı soyqırımının qurbanları yad edildi-Tərtərdə(FOTO)
Xocalı soyqırımının qurbanları yad edildi-Tərtərdə(FOTO)
Xocalı soyqırımının qurbanları yad edildi-Tərtərdə(FOTO)
Xocalı soyqırımının qurbanları yad edildi-Tərtərdə(FOTO)
Xocalı soyqırımının qurbanları yad edildi-Tərtərdə(FOTO)
Xocalı soyqırımının qurbanları yad edildi-Tərtərdə(FOTO)
Xocalı soyqırımının qurbanları yad edildi-Tərtərdə(FOTO)
Xocalı soyqırımının qurbanları yad edildi-Tərtərdə(FOTO)
Xocalı soyqırımının qurbanları yad edildi-Tərtərdə(FOTO)
Xocalı soyqırımının qurbanları yad edildi-Tərtərdə(FOTO)
Xocalı soyqırımının qurbanları yad edildi-Tərtərdə(FOTO)
Xocalı soyqırımının qurbanları yad edildi-Tərtərdə(FOTO)
Xocalı soyqırımının qurbanları yad edildi-Tərtərdə(FOTO)


Bölmə: Bölgə | 26 fevral 2018 19:19 | Baxış sayı: 420





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: