Sabirabadda mitinqə hazırlaşanlar polisə çağırılıb
24-02-2011, 01:20
Oxunub: 5 874
Sabirabadda fevralın 24-nə nəzərdə tutulan mitinqin təşkilatçılarından bəzisi polisə çağırılıb.
Bu barədə Bolgexeber.com-a Sabirabad rayonu Qasımbəyli, Yuxarı Axtaçı, Əsgərbəyli kənd əhalisinin İctimai Birliyinin fəalı İlham Əmiraslanov məlumat verib: «Polis haqsız olaraq bizim üzvləri incidir, var güclərini sərf edirlər ki, sabahkı tədbir baş tutmasın. Camaat cana doyub, yoxsulluq-səfalət içində yaşayır, bezmişik. Ona görə qərar vermişik ki, səhərdən aksiyalara start verək, mütəmadi keçirək. Biz burda təxribatla məşğul olmuruq. Bizim bir amalımız var ki, bizim kəndlərə su ilə terror olub, evlərimiz dağılıb, kompensasiyalarımız sərəncamda göstərilən məbləğdə ödənilməyib».
Kür daşqınlarının 9 ayı tamamlansa da, əhalinin problemləri hələ də həll olunmayıb, dəyən ziyan aradan qaldırılmayıb.
Fevralın 24-də Kür daşqınlarının 9 ayı tamam olur. Bununla əlaqədar Sabirabadın Əsgərbəyli, Qasımbəyli, Axtaçı, eyni zamanda Saatlının Dəlilər və Novruzlu kəndlərinin sakinləri sabah mitinq keçirməyi planlaşdırır.
Mitinq iştirakçılarının şüarı belədir: «Korrupsiyaya və terrora «yox» deyirik!»./Aytekin Alizade/Bolgexeber/
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər