BolgeXeber.Com » Sosial » Bayramda əfv olmayacaq - Komissiya müraciətlərə baxmağı çatdıra bilmir

Bayramda əfv olmayacaq - Komissiya müraciətlərə baxmağı çatdıra bilmir

27-02-2018, 12:54
Oxunub: 2 669 Bayramda əfv olmayacaq - Komissiya müraciətlərə baxmağı çatdıra bilmirƏfv Məsələləri Komissiyası bu həftə yenidən toplanacaq

Bu barədə Modern.az-a Komissiyanın üzvü Rəşad Məcid bildirib

R.Məcid deyib ki, daxil olan müraciətlər həddindən çoxdur:

"Müraciətlər daxil olmaqda davam edir. Komissiya və Katiblik gərgin olaraq çalışır”.

Onun sözlərinə görə, növbəti əfv sərəncamının prezident tərəfindən mayda imzalanacağı gözlənilir:

"Müraciətlər çox olduğundan hamısını Novruz bayramına qədər araşdırmaq mümkün olmayacaq. Çox güman ki, əfv sərəncamı ölkə rəhbəri tərəfindən mayda imzalanacaq”.