loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Həbsdə olan Azərbaycanlı futbolçunun etirafları: “Atam birinin başını kəsdi, o birinə də...” - VİDEO

Həbsdə olan Azərbaycanlı futbolçunun etirafları: “Atam birinin başını kəsdi, o birinə də...” - VİDEO"“Bakı”, “İnter”, “Neftçi” kimi klublarda oynamışam"

ARB TV-nin “Rezonans” verilişi bu dəfə məhbus Abdulla Xəlilovun həbsxana hekayələrini təqdim edib.

Abdulla Xəlilov (cəzası 7 il): “Anam 1 yaşım olanda vəfat etdi. Atam ikinci dəfə evləndi. Futbol həyatımın mənasıdır. Uşaq vaxtı məhlədə polis-bandit oynayanda onları “podyez”ə salıb döyüb deyirdim ki, banditlik etməyin. Polis olmaq istəyirdim. Atamı ilk dəfə Bayıl həbsxanasında görmüşəm. 14-15 yaşım olanda isə Ukraynaya atamın yanına getdim. İlk dəfə narkotiki orada istifadə etdim. Atamın orada düşmənləri var idi. Bir gün pivəxanada oturmuşduq və bunlar gəldi. Söhbətləri uzandığı üçün atam məndən evə gedib bıçağı gətirməyimi istədi. Bıçağı ona verəndə atam birinin başını kəsdi, birinə isə 3-4 dənə soxdu. İkisini də öldürdü. Mən də yerimdə donub qaldım. Atam ondan əvvəl də həbsdə olmuşdu. Bu hadisədən sonra Bakıya qayıtdım.

Bizim “kruq”un pis olduğunu deyirdi, amma qulaq asmırdım. Kaş ona qulaq asardım. Mənim mühitim pis oldu, ona görə dəyişdim. Oğurluq edirdik, qapazı vurub telefonunu, pulunu alırdıq. Bura düşməyim böyük səhvdir. Uşaq həbsxanasında olanda 1 günlük şəhər gəzintim ən unudulmaz anımdır. Futbolçu olmuşam. “Bakı”, “İnter”, “Neftçi” kimi klublarda oynamışam. O günləri yadıma salıb, kaş ki, davam edə bilsəydim, deyirəm. Bir qızı sevirdim. Mənə görə çox problem yaşayıb. Tutulandan bura danışmamışam. Bir dəfə zəng edib səsinə qulaq asıb dəstəyi asmışam. Məktub yazırdım, üzüm gəlmirdi göndərməyə, cırıb atırdım. Çıxandan sonra hərbi xidmətə getmək istəyirəm”.

Bölmə: Müsahibə-Reportaj | 27 fevral 2018 15:32 | Baxış sayı: 534





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: