BolgeXeber.Com » Sosial » Alıcılar çəkidə belə aldadılır: Bu fırıldaqdan çoxunun xəbəri yoxdur (VİDEO)

Alıcılar çəkidə belə aldadılır: Bu fırıldaqdan çoxunun xəbəri yoxdur (VİDEO)

28-02-2018, 12:47
Oxunub: 2 907 Alıcılar çəkidə belə aldadılır: Bu fırıldaqdan çoxunun xəbəri yoxdur (VİDEO)Bazarlarda satılan İran xurmalarının çəkisi qutunun üzərində göstəriləndən azdır. Qutuların üzərində 700-750 qram çəki göstərilsə də, faktiki çəki bundan xeyli aşağıdır

Bolgexeber.com Xəzər TV”yə istinadən xəbər verir ki, həmin qutuları tərəziyə qoyduqda azı 200-250 qram çəkinin az olduğu aşkarlanır.

Bu isə ən çox alıcıların cibinə ziyan edir. Təəssüflər olsun ki, bir çox alıcı bu fırıldaqdan xəbərsizdir.

Faktla bağlı əvvəlcə satıcıların fikirlərini öyrənməyə çalışdıq. Onlar isə müxtəlif bəhanələr gətirdilər.

Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildirildi ki, həmin faktla qarşılaşan istehlakçılar qurumun 963 nömrəli qaynar xəttinə müraciət etsinlər. Bundan sonra komitənin metroloji nəzarət şöbəsi araşdırma aparacaq və lazımı tədbirləri görəcək.