BolgeXeber.Com » Sosial » Mahuzər Ələkbərova: “Yeganə ümidim Mehriban Əliyevadır”

Mahuzər Ələkbərova: “Yeganə ümidim Mehriban Əliyevadır”

28-02-2018, 16:39
Oxunub: 3 527 Mahuzər Ələkbərova: “Yeganə ümidim Mehriban Əliyevadır”Mahuzər xanım ailəsinin başsız qalmasını istəmir

Bölgə TV-yə ərizə ilə müraciət edən daha bir vətəndaş – Ələkbərova Mahizər həyat yoldaşının onkoloji xəstəlikdən əziyyət çəkdiyini bildirib.O, Bakı şəhəri, Günəşli qəsəbəsi, D massivi, bina10, mənzil 21 ünvanında kirayədə yaşayır. Mahuzər xanım ailəsinin başsız qalmasını istəmir. Bölgə TV vasitəsilə ölkənin birinci xanımı, vitse prezident Mehriban Əliyevaya müraciət edir:
-Hörmətli Mehriban xanım Əliyeva, mənim yoldaşım Ələkbərov Şahin Sadiq oğlu 2011-ci ildən onkoloji xəstədir. Dəfələrlə əməliyyat olunmasına baxmayaraq, irəliləyiş yoxdur. Yenidən təcili əməliyyat olunmalıdır. Amma həkimlərin dediyinə görə, bu əməliyyat Azərbaycanda mümkün deyil. Mənim isə bu əməliyyata artıq gücüm çatmır. Bu illər əzində müalicələri və əməliyyatları öz şəxsi hesabımıza etdirmişik. Artıq buna nə gücümüz, nə də imkanımız çatmır. Çünki ailə vəziyyətimiz acınacaqlıdır.
-Bir ana kimi, bir azərbaycanlı qadını kimi sizə yalvarıram. Mənə bu çətin vəziyyətimdə kömək edəsiniz. Məni qəbul edin. Yoldaşımın bu əziyyətini görmək bizi çıxılmaz vəziyyətə qoyur. Uşaqlarım hələ çox balacadırlar. Atasız böyümələrinə imkan verməyin. Göydə Allah, yerdə isə inanc yerimiz sizsiniz. Sizin vasitənizlə çox ağır xəstələr şəfa tapıb. Həyat yoldaşım da Sizin köməkliyiniz vasitəsi ilə şəfa taparaq, sağlam həyatına qovuşacaq.
-Hörmətlə: Ələkbərova Mahizər Şamil qızı.
Bölgə TV redaksiyası olaraq inanırıq ki, təkcə qaçqın və məcburi köçkünlərin yox, dara düşən hər kəsin dayağı, xeyirxahı olan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tez bir zamanda çarəsiz vəyiyətdə olan ailəyə köməyini əsirgəməyəcək.