BolgeXeber.Com » Gündəm » Seçicilər millət vəkili ÇİNGİZ QƏNİZADƏdən razılıq edirlər

Seçicilər millət vəkili ÇİNGİZ QƏNİZADƏdən razılıq edirlər

28-02-2018, 22:30
Oxunub: 2 992 Seçicilər millət vəkili ÇİNGİZ QƏNİZADƏdən razılıq edirlər“Deputat və seciçi” adlı rubrukamızın yeni reportajı 80 saylı İmişli-Beyləqan dairəsindən millət vəkili seçilmiş Çingiz Qənizadə haqdadır

Rubrikamızın əsas məqsədi seçicilərin problemlərini rahatlıqla deputatlara çatdıra bilməsini təmin etməkdir. Əməkdaşlarımız bir müddət əvvəl də Çingiz Qənizadənin seciçiləri ilə görüşmüş və seçicilər ondan razı qaldıqlarını bildirmişdilər. Bu dəfə Bölgə TV-nin elektron poçt ünvanına göndərilən ismarıclardan hiss olunur ki, bir il ərzində seçicilərin rifahı daha da yaxşılığa doğru dəyişib.
“Bizim problemlərimizi Çingiz Qənizadə həll edir. Kəndlilərin çətinliklərini aradan qaldırır. Əlindən gələn köməyi əsirgəmir. Bayramlarda seçicilərini unutmur, daima görüşlər təşkil edir. Əlillər, əsgər anaları, sakinlər Çingiz Qənizadədən çox razıdırlar. Onu deputat seçdiyimizə heç də peşman deyilik. Növbəti parlament seçkilərində yenə də yekdilliklə Çingiz Qənizadəyə səs verib, onu dəstəkləyəcəyik!" – deyə elektron poçtumuza göndərilən məktublarda qeyd edilib.
Qeyd edək ki, Çingiz Aşralı oğlu Qənizadə 1 avqust 1957-ci ildə Ağdaş rayonunda anadan olub. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində şöbə rəisinin müavini, Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər prokuroru vəzifələrində çalışıb. Demokratiya və İnsan Hüquqları Komitəsinin sədridir. 80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə Dördüncü və V Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.
“Deputat və seçici” rubrikasının növbəti qonağı 46 saylı Şirvan seçki dairəsindən deputat seçilmiş Rəfael Cəbrayılov və 62 saylı Saatlı seçki dairəsindən millət vəkili seçilmiş Əflatun Amaşov haqqında olacaq.
Bolgexeber.com