BolgeXeber.Com » İqtisadiyyat » Dünyanın ən güclü pasportları – SİYAHI

Dünyanın ən güclü pasportları – SİYAHI

28-02-2018, 17:03
Oxunub: 2 834 Dünyanın ən güclü pasportları – SİYAHIDünyanın ən güclü pasportlarının yeni reytinqi açıqlanıb

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Henley & Partners” təşkilatının açıqladığı siyahıda Yaponiya və Sinqapur vətəndaşlarının azad hərəkəti baxımından ilk pillədə qərarlaşıblar.

Yaponiya və Sinqapur pasportları 180 ölkəyə səfər etməyə imkan verir. Bu zaman onlardan heç bir viza tələb olunmur. 2014-cü ildən bu reytinqdə hər il lider olan Almaniya birinciliyini itirib. Almanlar hazırda 179 ölkəyə sərbəst səfər edə bilərlər.

Reytinqin 3-cü pilləsində isə eyni vaxtda 7 ölkə – İtaliya, Finlandiya, İspaniya, Danimarka, İsveç, Fransa və Cənubi Koreya yer alıb.

Onların hər biri 178 ölkəyə səfər etməyə şərait yaradır.