BolgeXeber.Com » Şou-Biznes » İdmançı ilə evli olan azərbaycanlı müğənni: "Ərim qızlarla yazışır" (VİDEO)

İdmançı ilə evli olan azərbaycanlı müğənni: "Ərim qızlarla yazışır" (VİDEO)

28-02-2018, 17:51
Oxunub: 8 982 İdmançı ilə evli olan azərbaycanlı müğənni: "Ərim qızlarla yazışır" (VİDEO)İdmançı Anar Heydərovla evli olan müğənni Zenfira İbrahimova şəxsi həyatından danışıb

Qaynarinfo xəbər verir ki, "Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, müğənniliklə ailəni eyni anda qoruyub saxlamaq çətindir:

"Elə ən yaxşısı müğənni ilə ailə qurmaqdı. İşləyir, qazanır, yeyirsən. Hər bir ailədə söz-söhbət, dedi-qodu, dava da var. Hətta müsibətlər də qopur, boşqab da atılır. Amma bizim ailədə söz-söhbət mənim sənətimə görə olmur. Ola bilər ki, Anar kobudluq edər, mənim xoşuma gəlməz. Amma sənətlə ailə həqiqətən çətindir. Onu da bacarmaq hər qadının və kişinin işi deyil. İndi eləsi var ki, dünən ailə qurub, əri deyib ki, oxuma, o da razı olmayıb, boşanıb. Bu düzgün deyil. Etibar qazanmaq lazımdır. Hörmət saxlamaq lazımdır.

Nə olsun ki, sən çox qazana bilərsən, amma ailədə evinin xanımı, uşaqlarının anası olmalısan. Mənim fikrimcə, ailəni qoruyub saxlamaq çətindir və məsuliyyət tələb edir. Onun da öhdəsindən bacardığım qədər gəlirəm. Mən harasa gedəndə yoldaşım bilir. Çünki özüm öncədən xəbərdar edirəm. Bir az bizim xanım müğənnilərdə adət halını alıb. Azadlığa çıxmaq istəyirlər. Mən də azad yaşayıram. Amma harasa gedəndə yoldaşıma deyirəm. Amma bəziləri bundan sıxıntı çəkir. Amma aramızda yüngül söhbətlər olur. Məsələn arada görürəm ki, Anar "Instagram"da mesaj bölməsində qızlarla yazışır. Onda da əsəb keçirirəm”.