BolgeXeber.Com » Siyasət » Ərdoğan: "Heç kim Afrində Türkiyənin gücü qarşısında dayana bilməz"

Ərdoğan: "Heç kim Afrində Türkiyənin gücü qarşısında dayana bilməz"

1-03-2018, 13:52
Oxunub: 2 915 Ərdoğan: "Heç kim Afrində Türkiyənin gücü qarşısında dayana bilməz""Heç kim Afrində Türkiyənin gücü qarşısında dayana bilməz"

Bolgexeber.com-un məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı bildirib ki, əgər hər hansı qüvvə və ya ölkə "Zeytun budağı" hərbi əməliyyatına mane olmağa çalışsa, cavabını alacaq: "Türkiyənin terrorçularla mübarizədə hər hansı məsləhətləşməyə ehtiyacı yoxdur".

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.