BolgeXeber.Com » Xəbərlər » Məktəblərimizdə erməni bayrağının təbliği - Nazirlik işə qarışdı

Məktəblərimizdə erməni bayrağının təbliği - Nazirlik işə qarışdı

1-03-2018, 14:21
Oxunub: 2 352 Məktəblərimizdə erməni bayrağının təbliği - Nazirlik işə qarışdıDünən yerli mətbuatda 1-ci sinif riyaziyaat kitabının 13-cü tapşırığında istifadə edilən rənglərlə şagirdlərin beynində Ermənistan bayrağı haqda təssürat yardılması haqda məlumat yayımlanıb

Bu barədə valideyn özü məlumat vermişdi. Bildirib ki, bu gün uşağına dərslərini hazırlamaqda köməklik göstərərkən 13-cü çalışma onun diqqətini cəlb edib.

Bolgexeber.com xəbər verir ki, məsələ ilə bağlı Təhsil Nazirliyindən sonxeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, adı çəkilən dərslikdə belə tapşırıq mövcud deyil:

"Riyaziyyat kitabının 13-cü tapşırığında istifadə edilən rənglərlə bağlı yayılan məlumatlar barədə bildiririk ki, Təhsil Nazirliyinin qrifini almış dərsliklərdə, o cümlədən 1-ci sinif "Riyaziyyat" dərsliyində belə tapşırıq mövcud deyil. Dövlət ümumtəhsil məktəblərinin şagirdləri üçün tərtib edilən və Təhsil Nazirliyinin qrifini almış dərsliklər dövlət tərəfindən şagirdlərə paylanılıb. Həmin dərsliklərin elektron variantları www.trims.edu.az saytının "Qrifli dərsliklər" bölməsində yerləşdirilib. İstənilən vətəndaş dərsliklərin məzmunu ilə bağlı yayılan məlumatların nə dərəcədə doğru olduğunu saytdakı dərsliklərin məzmunu ilə tanış olaraq da müəyyənləşdirə bilər". deyə məlumatda vurğulanıb.