BolgeXeber.Com » Bölgə » Biləsuvar İdman Kompleksi müasir standartlara cavab verir... VIDEO

Biləsuvar İdman Kompleksi müasir standartlara cavab verir... VIDEO

1-03-2018, 16:59
Oxunub: 10 232 Biləsuvar İdman Kompleksi müasir standartlara cavab verir... VIDEO“İdmanla məşğul olan hər bir şəxs həm özünün fiziki sağlamlığını təmin edir, həm də ki, cəmiyyətdə idmanın, bədən tərbiyəsinin insan üçün nə qədər lazımlı olduğunu sübut edir”

Bu sözlər Ulu Öndər Heydər Əliyevə məxsusdur. Onun siyasətinin davamçı olan ölkə rəhbəri İlham Əliyevin sərəncamı ilə regionlarımızda İdman Kompleksləri tikilib və tikilməkdədir. Onlardan biri də Biləsuvarda ərsəyə gətirilmiş möhtəşəm Olimpiya İdman Kompleksidir.
Biləsuvar Olimpiya İdman Kompleksi 2008-ci il oktyabrın 7-də istifadəyə verilib.
6,5 hektar ərazidə yerləşən Kompleksə 910 tamaşaçı tutan tribunaları olan əsas idman salonu, 25 metrlik üzgüçülük hovuzu, müasir idman avadanlığı quraşdırılmış kiçik və böyük trenajor zalları, məşq zalları, şahmat otağı, stolüstü tennis salonu və yardımçı otaqlar daxildir.

Yüz nəfərlik yeməkxanası olan kompleksin ərazisində 50 yerlik mehmanxana, habelə ikimərtəbəli iki kottec də tikilib.

Müasir standartlara cavab verən kompleksdə respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi üçün lazımi şərait var.
Biləsuvar rayonu Olimpiya İman Kompleksinin direktoru Tofiq Şahbazov:
-İdman Kompleksi 2009-cu ildən fəaliyyətə başlayıb. Kompleksimizdə 250 idmançıya yaxın üzvümüz var. Sərbəst Güləş üzrə idmançılarımız böyük nailiyyətlər əldə ediblər. 4 idmançımız yığma komandamızın üzvüdür. Cənab prezidentimizin dediyi kimi, prinsipimiz idmançılar yetişdirməkdir.
Bolgexeber.com