BolgeXeber.Com » Xəbərlər » Həsən Həsənovun oğluna vəzifə verildi

Həsən Həsənovun oğluna vəzifə verildi

1-03-2018, 17:13
Oxunub: 1 848 Həsən Həsənovun oğluna vəzifə verildiTarix üzrə fəlsəfə doktoru Zaur Həsənov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Azərbaycanın antik dövr arxeologiyası şöbəsinə müdir təyin edilib

Kult.az xəbər verir ki, Zaur Həsənovdan əvvəl bu şöbənin müdiri AMEA-nın müxbir üzvü İlyas Babayev (1935-2017) olub.

Qeyd edək ki, Z.Həsənov 1969-cu il iyulun 22-də Bakı şəhərində doğulub. Alim 2008-ci ildə “Kimmerlər və onların Azərbaycan tarixində yeri” adlı dissertasiya müdafiə edərək, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Xatırladaq ki, Z.Həsənov Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun oğludur.
Həsən Həsənovun oğluna vəzifə verildi