BolgeXeber.Com » Xəbərlər » Ötən gün cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb

2-03-2018, 09:42
Oxunub: 2 248 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıbRespublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 96 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti izlər”lə açılıb

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 19 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilin.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.