BolgeXeber.Com » Xəbərlər » DƏHŞƏT! Bakıdakı yanğında 30 nəfər həlak olub (YENİLƏNİB/FOTOLAR)

DƏHŞƏT! Bakıdakı yanğında 30 nəfər həlak olub (YENİLƏNİB/FOTOLAR)

2-03-2018, 10:21
Oxunub: 1 595 DƏHŞƏT! Bakıdakı yanğında 30 nəfər həlak olub (YENİLƏNİB/FOTOLAR)Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı dəqiqləşdirilir

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya bildirilib ki, ilkin məlumata əsasən, 30 nəfərədək şəxs ölüb.

Hadisə zamanı xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan üç nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində, bir nəfər 3 saylı şəhər Klinik Xəstəxanasındadır.

***
09.50

FHN-in yaydığı məlumata görə, Respublika Narkoloji Mərkəzində yanğın söndürülüb.

Yanğında zəhərlənən 3 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə gətirilib. Yaralılardan biri isə 3 saylı Kliniki Xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı ölənlərin sayı və kimliyi isə hələlik dəqiqləşməyib.

Əlavə məlumat veriləcək.

***
09.30

Bakı şəhərinin Xətai rayonunda, Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib.

Qaynarinfo-nun report-a istinadən xəbərinə görə, hadisə səhər saat 06:00 radələrində baş verib. Yanğın xəstəxananın daimi yataq xəstələrinin müalicə aldığı 2-ci şöbəsində qeydə alınıb.

Yanğın zamanı 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan biri 1966-cı il təvəllüdlü Əliyev Mahirdir. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Səhiyyə Nazirliyindən bildiriblər ki, yanğın zamanı 30-dan artıq pasiyent təxliyyə olunub.