BolgeXeber.Com » Xəbərlər » Putin Azərbaycan prezidentinə başsağlığı verib

Putin Azərbaycan prezidentinə başsağlığı verib

2-03-2018, 17:45
Oxunub: 2 131 Putin Azərbaycan prezidentinə başsağlığı veribRusiya prezidenti Vladimir Putin Bakıda Narkoloji Dispanserdə baş vermiş yanğınla bağlı Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib

Bolgexeber.com-ın məlumatına görə, başsağlığı məktubunun mətni Kremlin saytında yerləşdirilib.

“Əziz İlham Əliyev. Bakı şəhəri Respublika Narkoloji Dispanserində baş vermiş yanğının törətdiyi faciə ilə bağlı dərin hüznlə başsağlığı verirəm”,- deyə məktubda qeyd olunur.

Putin həmçinin ölənlərin ailələrinə başsağlığı verib, dəstəyini ifadə edib, yaralıların tez bir zamanda sağalmasını diləyib.