BolgeXeber.Com » Xəbərlər » Aydın Xırdalanlı Narkoloji Mərkəzdəki yanğından son anda xilas olub

Aydın Xırdalanlı Narkoloji Mərkəzdəki yanğından son anda xilas olub

2-03-2018, 18:07
Oxunub: 2 356 Aydın Xırdalanlı Narkoloji Mərkəzdəki yanğından son anda xilas olubMeyxanaçı Aydın Xırdalanlı Respublika Narkoloji Mərkəzindəki yanğından təsadüf nəticəsində sağ qalıb

Bolgexeber.com baku.ws-ə istinadən xəbər verir ki, meyxanaçı həmin mərkəzdə müalicə olunurdu. Bir aya yaxındır ki, Narkoloji Mərkəzdə müalicə alan Aydın həmkarı Vasif Əzimovun oğlan toyunda iştirak etmək üçün Narkoloji Mərkəzdən çıxıb toya gedib.

Meyxanaçı daha sonra həmin mərkəzə qayıtmayıb.

Qeyd edək ki, bu gün Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində səhər saatlarında yanğın baş verib. Rəsmi məlumata görə, hadisə nəticəsində 25 nəfər dünyasını dəyişib.