BolgeXeber.Com » Xəbərlər » Ötən gün ölkə ərazisində 111 cinayət faktı qeydə alınıb

Ötən gün ölkə ərazisində 111 cinayət faktı qeydə alınıb

3-03-2018, 09:33
Oxunub: 2 088 Ötən gün ölkə ərazisində 111 cinayət faktı qeydə alınıbÖtən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb

DİN-dən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 29 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib.