BolgeXeber.Com » Mədəniyyət » Tanınmış bəstəkar Tahir Əkbər 72 yaşında vəfat edib

Tanınmış bəstəkar Tahir Əkbər 72 yaşında vəfat edib

3-03-2018, 09:57
Oxunub: 4 156 Tanınmış bəstəkar Tahir Əkbər 72 yaşında vəfat edibAzərbaycanın tanınmış bəstəkarı Tahir Əkbər 72 yaşında vəfat edib

Bu barədə “Report”a şairə-jurnalist Zenfira Əlişqızı məlumat verib.

Onun hansı səbəbdən vəfat etdiyi hələ ki, məlum deyil.

Sənətçi 1946-cı il yanvarın 20-də anadan olub. Musiqiyə hədsiz həvəsi olduğundan 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib.

Həmin ildə Həmzə Həkimzadə Niyazi adına Daşkənd musiqi nəzəriyyəsi şöbəsinə daxil olub, 1969-cu ildə də musiqişünas kimi təhsilini başa vurub. Tahir Əkbər 1970-ci ildə Muxtar Əşrəfi adına Dəşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə qəbul olub. Burada tanınmış bəstəkar, professor Boris Zeydmanın sonuncu azərbaycanlı tələbəsi olub. 1985-ci ildən keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, hazırda isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvüdür. Tahir Əkbər müxtəlif janrlarda - xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. “Simfonik rənglər“, ilahiyyat mövzusunda yazdığı “Amin“ əsəri Azərbaycan professional musiqisində yeni janrlar hesab olunur.

Allah rəhmət eləsin!