BolgeXeber.Com » İdman » Ruslar dəli olub

Ruslar dəli olub

28-12-2012, 02:05
Oxunub: 5 065 Onlar Messi üçün 250 milyon avro təklif edirlər

İspaniya mətbuatı dünən yeni bir iddia ortaya atıb. Bolgexeber.com xəbər verir ki, iddialara görə, adı açıqlanmayan Rusiya klublarından biri «Barselona» klubunda forma geyinən məşhur argentinalı futbolçunu almaq üçün təklif göndərib.
Məlumatda deyilir ki, rus klubunun kataloniyalılara etdiyi təklif isə idman dünyasında dəlilik kimi qiymətləndirilib. Çünki təklif olunan rəqəm 250 milyon avrodur. Və indiyə qədər heç bir futbolçunu almaq üçün bu şədər pul sərf olunmayıb.
«El Mondo» qəzetinin iddiasına görə, Leonun atası Corc Messi və «Barsa»nın prezidenti Sandro Rosell və Lionel Messi bu yaxınlarda təklifi dəyərləndirmək üçün bir araya gəliblər. Yekunda qərarlaşdırıblar ki, rusların istəyini rədd etsinlər.