BolgeXeber.Com » Xəbərlər » Beyləqanda məmurun maşını qəza keçirdi... - Özü isə...

Beyləqanda məmurun maşını qəza keçirdi... - Özü isə...

3-03-2018, 11:49
Oxunub: 2 108 Beyləqanda məmurun maşını qəza keçirdi... - Özü isə...Dünən Beyləqan Rayon İcra Hakimiyyəti başçısınn müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aytən xanım Mirzəyavanın xidməti avtomobili onun çalışdığı rayonun ərazisində qəzaya düşüb

Bu barədə məlumatı Azinforum.az saytına həmin rayondakı mənbələr verib. Bildirilir ki, icra başçısının xanım müavininə məxsus olan 11 AA 055 dövlət nömrə nişanlı avtomobilə ciddi zərər dəyib. Ən maraqlısı isə budur ki, baş verən qəzadan sonra həmin xidməti avtomobil icra hakimiyyətinin həyətinə gətirilərək, görünməz yerdə saxlanılıb. Bildirilir ki, qəza baş verən zaman Aytən xanımın özü də xidməti avtomobildə olub. Onun xəsarət alıb-almaması barədə dəqiq məlumat əldə edə bilmədik. Azinforum.az -a təqdim olunan fotodan görünür ki, xanımın müavinin xidməti avtomobilinə arxa hissədən ciddi zərər dəyib. Hadisənin polis tərəfindən qeydə alınıb-alınmadığı haqda məlumatımız yoxdur. Mövzu ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək cəhdlərimiz alınmadı. Onların da mövqeyini dinləməyə hazırıq.
Beyləqanda məmurun maşını qəza keçirdi... - Özü isə...