BolgeXeber.Com » Xəbərlər » Şirvan Şəhər İH başçının dayısı oğlu haqda yazılanları təkzib etdi

Şirvan Şəhər İH başçının dayısı oğlu haqda yazılanları təkzib etdi

5-03-2018, 13:31
Oxunub: 2 016  Şirvan Şəhər İH başçının dayısı oğlu haqda yazılanları təkzib etdi“Camalovlara qarşı qara piar aparılır"

Müdafiə sənayesi naziri Yavər Camalov və Şirvan rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun dayısı oğlu olan Azər Məmmədov haqda mətbuatda xoşagəlməz yazılar dərc edilib. Guya Azər Məmmədov odlu silahla xuliqanlıq törədib

Bölgə TV əməkdaşı məsələyə aydınlıq gətirmək üçün əvvəlcə Müdafiə Sənayesi Nazirliyi, daha sonra isə Şirvan şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladı. Məlum oldu ki, Azər Məmmədov əvvəllər daxili işlər orqanlarında çalışıb. Və sonradan bu sahədən uzaqlaşdırılıb.
“Camalovlara qarşı qara piar aparılır. Azər Məmmədov hörmətli nazirimizin dayısı oğludur. Şirvan şəhər İcra hakimiyyətinin başçısı Mərdan Camalovun da həmçinin. Yazılanlar əsassızdır. Bəzi kütləvi informasiya vasitələrindən xahiş edirik ki, qeyri-rəsmi məlumatları yaymasınlar. Araşdırılsın, sonra oxuculara çatdırılsın. Əks təqdirdə, öz tərəfimizdən lazımi orqanlara müraciət etməli olacağıq”, - deyə Şirvan rayon icra hakimiyyətindən açıqlama verildi.