“Azercell” satıldı- 222 MİLYON AVROYA
5-03-2018, 17:31
Oxunub: 2 742
Finlandiya-İsveç telekommunikasiya şirkəti “Telia” Azərbaycanın ən iri mobil rabitə operatoru “Azercell”dəki payını satdığını elan edib
Virtualaz.org “Reuters”ə istinadən xəbər verir ki, şirkət bu satışı Mərkəzi Asiya bazarlarını tərk etmək barədə 2015-ci ildə elan etdiyi strategiyaya əsasən həyata keçirib. Bu vaxta qədər “Telia” Nepal, Tacikistan və Gürcüstan telekommunikasiya bazarını tərk etmişdi.
Açıqlamaya görə “Telia” Azərbaycanın mobil rabitə şirkəti “Azercell”dəki 51.3 faizlik səhm payını 273.5 milyon dollara satmağa razılaşıb. “Azercell”in səhmlərinin 51.3 faizini alan Azərbaycanın “AzİnTelecom” MMC şirkətidir. Bu barədə “Telia” şirkətindən yayılan açıqlamada deyilir.
“Fintur Holdings BV “Azercell” mobil rabitə operatorunun yeganə səhmdarı olan “Azertel Telekommunikasyon Yatırım Diş Ticarət A.Ş. şirkətinin səhmlərinin 51.3 faizini “AzİnTelecom”a satmağa razılıq verib”-şirkət bildirir.
“AzİnTelecom” şirkəti 2015-ci ilin iyun ayında Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində yaradılıb. Şirkət Azərbaycanla xarici ölkələr arasında səs trafiki mübadiləsi, telekommunikasiya avadanlıqlarının lisenziyalaşdırılması və digər xidmətlərlə məşğul olur.
“Telia” bildirir ki, “Azercell”in səhmlərinin satışına dair sövdələşmə hələ rəsmiləşməyib. Bununla belə “Telia” Avrasiya və Mərkəzi Asiya bazrlarından çəkilməsi bu il başa çatdıracağına ümid edir. Xatırladaq ki, “Telia” Özbəkistan telekommunikasiya bazarında ciddi korrupsiya sövdələşmələrinə girdiyi üçün qalmaqalla üzləşib. Şirkətin mərhum prezident İslam Kərimovun qızı Gülnara Kərimovaya yüz milyonlarla dollar rüşvət verdiyi üzə çıxmışdı. Nəticədə “Telia” milyardlarla dollar cərimə ödəməli olub.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər