BolgeXeber.Com » Gündəm » Cəlilabad sakinləri yeni icra başçısından narazıdır... VIDEO

Cəlilabad sakinləri yeni icra başçısından narazıdır... VIDEO

13-03-2018, 12:49
Oxunub: 6 565 Cəlilabad sakinləri yeni icra başçısından narazıdır... VIDEOƏlil arabasında icra başçısı ilə görüşə can atan Rəşad idarənin işçiləri tərəfindən də təzyiqlərə məruz qaldı

Bölgə TV-nin əməkdaşlarının Cəlilabad rayonunda lentə aldıqlarını olduğu kimi sizlərə də təqdim edirik.
Göründüyü kimi, rayon sakinləri Cəlilabada yeni təyin olunmuş icra başçısı Namiq Zeynalovdan son dərəcə giley-güzar edirlər. “Dərdimizi kimə deyək?“ – deyə yaşlı bir qadın rayon rəhbərliyi ilə görüşmək niyyətində olduğunu bildirsə də, onu qəbul olmadi.
Şahidi olduğumuz görüntülərdən o da bəlli oldu ki, icra başçısı nəinki sıravi vətəndaşları, hətta Komanlı kənd sakini, I qrup əlil olan Rəşad adlı şəxsə qarşı belə saymamazlıq etdi.
Əlil arabasında icra başçısı ilə görüşə can atan Rəşad idarənin işçiləri tərəfindən də təzyiqlərə məruz qaldı. Ona nə köməklik etdilər, nə də prolemlərini dinlədilər. Bir sözlə, şikayətçilər dərdlərini bölüşmək üçün sıraya düzülsələr də, onları dinləyən Namiq Zeynalov üzə çıxmadı.
Halbuki, rayon icra başçısı öz səlahiyyətlərini yerine yetirməyə borcludur. Hakimiyyətin bölgüsü prinsipinə görə icra hakimiyyəti dövlət hakimiyyətinin digər sahəsiNİ təşkil edir. Bundan başqa, ölkə rəhbəri İlham Əliyevin göstərişinə əsasən, məmurlar vətəndaşları dinləməyə, onların problemlərini həll etməyə borcludurlar. Cəlilabad icra başçısı isə əksinə. “Burda mənəm, Bağdadda kor xəlifə” deyibən yerli camaatı incitməkdən çəkinmir. Vəzifə icrasına yeni başlamış bu rəhbəri görəndən bəri yerli sakinlər, fevralın 2-də cəlilabad rayon icra başçısı vəzifəsindən Yasamal rayon icra başçısı vəzifəsinə təyin edilmiş Əziz Əzizova şükürlər edirlər. Necə deyərlər, “pisi görməsən, yaxşının qədri bilinməz”.
Məsələyə qayıdacağıq.
Şəlalə İsmayılova
Günel Ayxan
Emin Süleymanov
Niyaməddin Əşrəfov

Bolgexeber.com