BolgeXeber.Com » Xəbərlər » Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

10-03-2018, 09:41
Oxunub: 2 021 Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıbRespublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 108 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 22 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.