Bakıda küçənin ortasında xanım aparıcını oğlunun yanında döydülər-FOTO
10-03-2018, 14:11
Oxunub: 4 518
Aparıcı Sevinc Camalova oğlunun yanında bir kişi tərəfindən küçənin ortasında döyülüb
BAKU.WS-in məlumatına görə, S.Camalova bu barədə sosial şəbəkədə məlumat yayıb. Aparıcının yazdığına görə, hadisənin səbəbi maşınını hansısa bir küçədə saxlaması olub.
“Günorta Muradı bağçadan götürməyə getmişdim. Maşını saxlayıb bağçaya tərəf gedirdim ki, tanımadığım bir şəxs avtomobili saxlayıb məni nalayiq sözlərlə təhqir etməyə başladı. Hədə-qorxu gəlirdi ki, məni döyəcək. Bir müddət qışqırdıqdan sonra başa düşdüm ki, maşınıma görə məni söyür. Deyirdi, bu küçədə saxlama. Camaat yığışdı, bu kişi cumdu mənim üstümə və məni üzümdən vurdu. Bəli, vurdu. Bu, gunorta vaxtı, küçənin ortasında baş verib. Polisə müraciət etmişəm, nəticəni gözləyirəm. Bu məsələnin axırına gedib çıxacam”, – deyə Sevinc Camalova qeyd edib.
S.Camalova hadisənin Nərimanov rayonunda baş verdiyini bildirib.
Qeyd edək ki, Sevinc ATV və “Space” kanalında aparıcı kimi çalışıb. O, uzun müddətdir işindən uzaqlaşıb.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər