BolgeXeber.Com » Xəbərlər » Azərbaycan Ordusunun 25 min nəfərlə genişmiqyaslı təlimləri başladı

Azərbaycan Ordusunun 25 min nəfərlə genişmiqyaslı təlimləri başladı

12-03-2018, 11:44
Oxunub: 1 435 Azərbaycan Ordusunun 25 min nəfərlə genişmiqyaslı təlimləri başladı Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlər martın 17-dək davam edəcək.