BolgeXeber.Com » Media » Mirşahindən qayıdışı barədə sərt AÇIQLAMA: “Mən Sizin ana və bacınızı söyməyəcəm, sadəcə … sevəcəm”
Mirşahindən qayıdışı barədə sərt AÇIQLAMA: “Mən Sizin ana və bacınızı söyməyəcəm, sadəcə … sevəcəm”
12-03-2018, 14:22
Oxunub: 4 217
Tanınmış jurnalist Mirşahin Ağayevin rəhbərliyilə açılan yeni telekanal – “Real” TV-nin bu gündən peyk yayımına başlayacağı gözlənilir
“Azərspace-1” peykində yayıma başlayacaq yeni telekanalda toplanan komandanın əsasən keçmiş ANS-çilərdən təşkil olunduğu bildirilir.
Bu arada sosial şəbəkələrdə Mirşahin Ağayevin iki illik fasilədən sonra yenidən Azərbaycan teleməkanına qayıdışı barədə müzakirələr açılıb. Müzakirələrə qoşulan sosial şəbəkə istifadəçilərdən telejurnalisti təbrik edənlərlə yanaşı, ona yönəlik ittiham səsləndirənlər də az deyil.
Mirşahin Ağayev teleməkana qayıdışına ağız büzənlərə sərt cavab verib:
“Bəli, qayıdir Mirşahin, hazırlaşın, narahat olmayın, təhqir edilməyəcəksiz, ona görə ki, bu mənim xarakterimcə deyil, amma layiq olduğunuz cavabı mütləq alacaqsınız. Barəmdə şərh, daha doğrusu şər yazanlar, nə xoşunuza gəlmir, mənim düşərgəmi tanımırdınız ki? Mən əlbəttə dövlətimin yanındayam və sizinlə savaşanların önündə olacağam. Başqa cür olsaydı, təəccüblü olardı. Siz məni kiminsə söyüş dolu çıxışına istinadla təhqir edirsiniz. Amma mən sizi özüm açıb ortaya qoyacam ki, xalq əsl içinizi görsün. Tezliklə sırada olacam və 1 il 8 ay ərzində ünvanıma ulaşılanların əvəzi çıxılacaq! Mən Sizin ana və bacınızı söyməyəcəm, sadəcə … sevəcəm!!!”.(Modern.az)
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə