BolgeXeber.Com » Dünya » Nizaminin “Yeddi Gözəl”i, “Porşe”li müştərilər – Almaniyada ikinci əl mağazasından reportaj

Nizaminin “Yeddi Gözəl”i, “Porşe”li müştərilər – Almaniyada ikinci əl mağazasından reportaj

12-03-2018, 16:43
Oxunub: 3 181 Nizaminin “Yeddi Gözəl”i, “Porşe”li müştərilər – Almaniyada ikinci əl mağazasından reportajAzərbaycanda 80 min dollarlıq maşın sürən ikinci əl mağazasından geyinir desək, bu çoxlarının təəcübünə səbəb olar

Ancaq, bura Almaniyadır və belə faktlar heç də təəcübə səbəb olmur, normal qarşılanır. Həftəsonu Almaniyanın Ahlen şəhərində böyük ikinci əl mağazasında gördüklərimiz isə, həqiqətən bizi təəcübləndirdi. Bəlkə də, birinci dəfə idi ki, belə bir faktı – zənginlərin ikinci əl mağazasından alış-veriş etdiyini görürdük. 10 ildən çoxdur bu mağazaya rəhbərlik edən xanım Kordula deyir ki, hər kateqoriyadan olan müştəriləri var.

O, son 4 ilə görə mağazanın satışından razı olduğunu deyir. 2014-cü ildən Almaniya Suriyadakı müharibəyə görə qaçqın axınına məruz qalır. Buna görəmi müştəriləriniz artıb? sulına xanım Kordula gülə-gülə “Bəli” cavabını verir. Xanım Kordula deyir ki, yaşamaq izni olan qaçqınlar evə köçdükləri zaman lazımı əşyaları burdan alırlar: “Sifarişlər həddidən artıq çox olduğundan çatdırmağa çətinlik çəkirik. Amma, köhnə müştərilərimiz bizə bu məsələdə çox kömək edir. Onlar geyinmədikləri paltarları və ya istifadə etmədikləri əşyaları satmaq yerinə gətirib bizim mağazaya təhvil verirlər. Biz də onları simvolik bir qiymətə satırıq. 4 ildir ki, biz qaçqın kamplarına pulsuz paltar göndəririk”.

► Nizaminin “Yeddi Gözəl”i

Mağazada ən çox marağa səbəb olan kitab bölməsidir. Müştərilər 5-10 avroya bir çamadan kitab alıb aparırlar. Bəzən də oxuduqları ilə burdakıları dəyişirlər. Mini kitabxanaya oxşayan bu məkanda isə, dünya ədəbiyyatına aid qiymətli əsərlər satılır. Diqqətimizi dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə” toplusuna daxil olan dördüncü poema – “Yeddi Gözəl” çəkir. Kitab alman dilinə tərcümə olunub. Mağazanın satıcısı deyir ki, bu kitabı onlara Türkiyə vətəndaşı olan müştəriləri bağışlayıb. Kitabdan 10 ədə imiş, cəmi biri qalıb.

Mağazada antik əşyaların satıldığı şöbəyə maraq böyükdür. Bura isə, əsasən İkinci Dünya Müharibəsinə aid əşyalar satılır. Satıcı deyir ki, mağazanın fəaliyyəti dövründə xeyli antik əşya burdan alınaraq sərgiləmək üçün muzeylərə aparılıb.

► “Porşe”li müştərilər

İkinci əl mağazasının müştəriləri təkcə imkanı aşağı olanlar deyil. 80-150 min dollarlıq “Porşe” sürən müştərilər burdan alış-veriş edirlər. Satıcı xanım Müller deyir ki, elə zəngin müştərilər var ki, paltarı burdan alırlar. Bu onların da marağına səbəb olub və hər dəfə həmin müştərilərin alış-veriş etmələrini təəcüblə izləyirlər: “Bir dəfə Ahlendə bizim zəngin qonşu gəlib budan alış-veriş etdi. Xeyli paltar aldı. Dedim yəqin kiməsə alır, özü belə ucuz şeylər geyinməz. Səhəri gün bizdən aldığı dəri gödəkcəni onun əynində görəndə şok oldum. Sonradan bu mənim üçün adi hala çevrildi”.

Mağazanı gəzərkən müştərilərin də fikirlərini öyrənirik. 75 yaşlı Ahlen sakini Hanz deyir ki, bir şey almasa belə gəlib buranı gəzir: “Əsasən kitablarla maraqlanıram. Kitablar satılan bölmənin yanında kreslo var. Bəzən olub ki, rəfdən bir kitab götürüb burda oxuyub bitirmişəm. Satıcılar çox nəzakətlidirlər. Kitab oxuyan zaman mənə kofe verirlər”.


15 ildir Ahlendə yaşayan rus Nataliyanın sölərinə görə, yeni tikdikləri bağ evi üçün bir neçə əşya almağa gəlib: “Oğluma velosipedi də burdan almışdım. Mebel, paltar kim tez-tez dəyişilən və sıradan çıxan şeyləri belə ikinci əl mağazalarından almaq daha sərfəlidir. Maaşa qənaət edib onu daha sonra daha vacib işlərə xərcləmək olar”.

Mağazadan bir-iki kitab alıb kassaya yaxınlaşanda Suriyadan olan bir ailənin kassadakı satıcıya böyük bir siyahı verdiyinin şahidi oluruq. Aralarındakı danışıqdan belə başa düşürük ki, ailə yeni mənzilləri üçün burdan lazımı əşyaları almaq istəyir. Bəzilərini tapa bilməyiblər. Satıcı isə, onların istəklərini yazaraq qısa zamanda gətirəcəklərini deyir.
Nizaminin “Yeddi Gözəl”i, “Porşe”li müştərilər – Almaniyada ikinci əl mağazasından reportaj
Nizaminin “Yeddi Gözəl”i, “Porşe”li müştərilər – Almaniyada ikinci əl mağazasından reportaj
Nizaminin “Yeddi Gözəl”i, “Porşe”li müştərilər – Almaniyada ikinci əl mağazasından reportaj
Nizaminin “Yeddi Gözəl”i, “Porşe”li müştərilər – Almaniyada ikinci əl mağazasından reportaj
Nizaminin “Yeddi Gözəl”i, “Porşe”li müştərilər – Almaniyada ikinci əl mağazasından reportaj